İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Əli Abbasov: “Operatorlararası trafik mübadiləsinin qiyməti aşağı salınacaq”

22.04.2014 [10:33]

Fontu böyüt:      

“Azərkosmos artıq kosmik bazarlarda öz fəaliyyətini genişləndirir. Artıq Azərbaycana bu istiqamətdə bir çox ölkələrdən müraciətlər edilir”.
“Azərkosmos artıq kosmik bazarlarda öz fəaliyyətini genişləndirir. Artıq Azərbaycana bu istiqamətdə bir çox ölkələrdən müraciətlər edilir”.
 
Bu barədə jurnalistlərə açıqlama verən Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Fransa özünün növbəti peykini “Azərkosmos”la birgə orbitə çıxarmağı və onun kommersiya fəaliyyətini həyata keçirməyi təklif edir. “Sözügedən təklif də həm məsləhətçi sirkət, həm də “Azərkosmos”un ekspertləri tərəfindən araşdırılır. Peykin səmərəliliyi, kommersiya tərəfləri öyrənildikdən sonra təklif qəbul edilə bilər”.
 
Daha sonra mobil danışıq tarifləri ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Azərbaycanda bir sıra istiqamətlər üzrə qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir və buna da hər kəs, eləcə də ölkədə fəaliyyət göstərən bütün şirkətlər riayət edir:
 
 
“Digər tərəfdən isə bazar çərçivəsində nəzarət olunan xidmətlər var. Mobil xidmətlərin də bir çoxu bu qisim xidmətlərə aiddir. Lakin müəyyən qiymətlər də var ki, onlar birbaşa əhaliyə göstərilən xidmətlər deyil - yəni hüquqi şəxslər, operatorlar arasında olan xidmətlərin dəyərləndirilməsidir. Bunların isə tənzimlənməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının müraciəti və Ədliyyə Nazirliyinin təsdiqilə həyata keçirilir. Artıq bu istiqamətdə addımlar atılıb. Əgər mobil operatorlar razı olmasa, məhkəməyə müraciət olunacaq. Amma bu yaxınlarda bizim kollegiyanın məlumatından sonra hər üç operator nazirliyin Tənzimləmə şöbəsi ilə aktiv işləməyə başlayıb. Onların 3-ü də söz verir ki, operatorlararası olan trafik mübadiləsinin aşağı salınmış qiymətini qəbul edəcəklər. Bu da onlara imkan verəcək ki, xidmətlərin qiymətini aşağı salsınlar”. (ICTnews)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar