İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elektron xidmətlərin göstərilməsinə hazırlıq sahəsində problemlər var

04.11.2011 [14:05]

Fontu böyüt:      

Bu gün Multimedia Mərkəzi tərəfindən “Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib. Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz mövzu ilə

 04  noyabr 2011-ci il tarixdə   Multimedia Mərkəzi tərəfindən “ Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər ” mövzusunda Dəyirmi Masa keçirilib.      

 Tədbirdə Multimedia Mərkəzinin direktoru  Osman Gündüz mövzu ilə bağlı təqdimatla  çıxış edib. O, ölkədə elektron hökumət quruculuğu və xüsusilə də elektron xidmətlərin göstərilməsinə hazırlıqla bağlı müəyyən işlərin güldüyünü vurğulayıb. Bununla belə o, Prezidentin Elektron xidmətlərin göstərilməsinin təşkili haqqında  23 may tarixli  Sərəncamında nəzərdə tutulan bəzi  mələlərlə bağlı hələlik ictimaiyyətə heç bir açıqlama verilmədiyini bildirib. Təqdimatda Mərkəzi icra orqanları tərəfindən hansı xidmətlərin təqdim edilməsi və onların sosial əhəmiyyətliliyi məsələsinə toxunulub.  Ümumiyyətlə bütün dövlət və bələdiyyə xidmətlərinin qabacadan inventarizasiyasının  aparılmasının vacibliyi vurğulanıb. Hər bir  dövlət qurumunda  elektron xidmətlərlə bağlı  məsul şəxslər və strukturların yaradılmasının, konkret büdcə bəndinin müəyyən edilməsinin vacibliyi qeyd olunub. Elektron hökumətlə bağlı hazırda həyata keçirilən Dövlət layihəsində şəffaflıq və informasiya mühitinin yetərli olmadığı qeyd olunub. Bu Layihə çərçivəsində hansı işlərin görüləcəyi, Vətəndaş cəmiyyətinin və biznes strukturlarının bu Layihəyə hansı formada töhfə verə biləcəkləri aydın deyil. Vahid Portalın , onun strukturu və işləməsi qaydalarının da hələ də hazırlanmamağından  narahatçılıq  ifadə olunub. Elektron xidmətlərlə bağlı ayrıca Qanun Layihəsinin hazırlanmasının vacibliyi bildirilib.

Mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə AİF üzvü və İREX –in əməkdaşı Ələsgər Məmmədli ,  Korrupsiyaya Qarşı Mübarizə Fondunun sədri Vasif Mövsümov, yazıçı Aydın Xan, Turan İA –nın direktoru Mehman Əliyev, Delta Telekom şirkətinin texniki direktoru Rahid Ələkbərli , Milli Məclisin bölmə müdiri Yaşar Əməşov, Prezident Yanında Dövlət Qulluğu Məsələli üzrə Komissiyanın nümayəndəsi Asəf  Əliyev, Sahil şirkətinin direktoru, AİF üzvü Vahid Qasımov, Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin şöbə müdiri Ramil Süleymanov, Rabitə və İT Nazirliyinin nümayəndəsi Elçin Məmmədov , E-systems şirkətinin direktoru Əli Kərim  və digərləri çıxış ediblər.

Çıxışlarda elektron xidmətlərə keçid və artıq göstərilən xidmətlər haqqında məlumatlar  verilib. Bu istiqamətdə müəyyən addımların atıldığı qeyd olunub. Bununla belə bütövlükdə bu prosesin ləng getdiyi, bəzi məmurların bu prosesdə maraqlı olmadıqları qeyd edilib. Elektron xidmətlərə  keçidlə bağlı  inzibati təsirlərin gücləndirilməsi təklifi səsləndirilib. Keçid planının, onlayn ödəmə və elektron imza probleminin həllinin vacibliyi qeyd edilib. Konkret sosial həmiyyət kəsb edən və kütləvi xarakter daşıyan xidmətlərin elektron formaya keçirilməsinin vacibliyinə toxunulub. Hüquqi-normativ bazanın təkmilləşdirilməsi , elektron hökumət quruculuğu istiqamətində şəffaf və informasiyalı bir mühitin yaradılmasının  zəruriliyi bildirilib.

Dəyirmi Masada  dövlət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak edib.  

Geniş məlumat www.informasiya.org  -da  yerləşdirilib.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar