Fontu böyüt:
ABŞ-ın Ayova ştatının 15 yaşlı sakini mobil telefondan ən sürətli SMS göndərən şəxsdir. O bu adı Nyu-Yorkda keçirilən SMS yarışında 20 rəqibini üstələdikdən sonra qazanıb.
Yerli mətbuatın yazdığına görə, Keyt Mur adlı yeniyetmə qız yarışın finalında 3 uzun cümləni SMS vasitəsilə yazaraq göndərməkdə rəqibini üstələdiyi üçün 50 min dollar mükafat əldə edib.
Maraqlıdır ki, Mur ilk mobil telefonu cəmi 8 ay əvvəl alıb. Lakin bu müddətdə o, xeyli məşq edərək hər ay təxminən 14 minədək SMS göndərib. Bu isə günə təxminən 400 - 470 SMS deməkdir.