21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Google-un gizlilik parametrləri ilə daha çox fərdi axtarışlara qovuşacağıq. Yaxşı bəs biz bunun əvəzində Google-a nə verəcəyik?
Google-un yeni gizlilik nizamları bütün dünyada müxtəlif reaksiyalarla qarşılanıb. Son olaraq isə Yapon hökuməti yeni nizamlar mövzusunda şirkəti xəbərdar edib. Yeni parametrlərlə birlikdə istifadəçiyə məlumatlarının yığılması və istifadə edilməsi nəzərdə tutularkən, istifadəçi məlumatlarının Yapon qanunları tərəfindən qoruması təmin olunub.
Tokio Times-da verilən xəbərə görə, Yapon höküməti Google-dan yeni xidmətlərdə nəyin dəyişəcəyi barəsində və gələcək istifadəçilərə dəqiq cavablar verilməsi istənilib.
İnternet nəhənginin yeni gizlilik parametrləri bir çox ölkədə narahatlıqlara səbəb olub. Avropada həmçinin Cənubi Koreyada bu mövzu ilə bağlı istintaq başlanılıb.
Google isə öz növbəsində Amerika Birləşmiş Ştatlarının Konqresinə bütün suallara aydınlıq gətirən məktubla müraciət edib. Bənzər məktub Avropa Birliyinə də göndərilib. Təkcə Fransa bu açıqlamadan narazı qalıb.
Yeni parametrlər istifadəçi m əlumatlarının bir yerdə cəmlənməsinə və axtarış zamanı xüsusi nəticələr çıxarılmasına kömək edəcək. Bu Google bütün servislerindəki məlumatların toplanması, Youtube, Picassa, Blogger,Docs, Gmail ya da Google + istifadəçilərinin bütün hərəkətlərinin axtarış sistemində əks etdirilməsi mənasını daşıyır.