İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

KİVDF Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə müsabiqə elan edib

19.11.2013 [11:56]

Fontu böyüt:      

Müsabiqənin məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, İKT sahəsində ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, İKT mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.
     Müsabiqənin məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, İKT sahəsində  ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, İKT mövzusunun  mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.
           Müsabiqənin mövzuları
- Azərbaycanda sosial şəbəkələrin müasir inkişaf tendensiyaları
- İKT-nin inkişafında start-up layihələrinin yeri  və  rolu
- Azərbaycan virtual məkanda
- İnternetdə və informasiya cəmiyyətində  insan hüquqları
- Mobil nömrə daşınmasının istifadəçi hüquqlarının qorunmasında rolu: gözləntilər və üstünlüklər
 
           Müsabiqədə iştirak
           Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1.Yazı elan edilmiş mövzulardan birinə uyğun olmalıdır (Elan olunmuş mövzuların sərlövhələrinin dəyişdirilməsinə yol verilmir).
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Yazıda "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu  ilə birgə müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
5. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə),  A4 formatda çap (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) və elektron (Times New Roman şriftində - 12,   diskdə) variantları təqdim olunmalıdır.
6. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır.
7. Yazılar şəxsən 18 noyabr 2013-cü il tarixdə baaşlayır  18 dekabr 2013-cü il tarixədə başa çatır, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim olunmalıdır.
 
Tələb olunan sənədlər
1.        Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.
2.        Şəxsi VÖEN və surəti.
3.        Şəxsi bank rekvizitləri.
4.        Şəxsiyyət vəsiqəsi və surəti
    Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
 
Qiymətləndirmə meyarları:
 
-  mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
-  materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
-  yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
-  jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
-  ictimai maraqların müdafiəsi.
 
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
 
I  yer - 1000 manat
II yer -  800 manat
III yer -  600 manat
Həvəsləndirici mükafat  -  300 manat
Qaliblər həmçinin Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  xüsusi diplomu ilə təltif olunacaqlar.(ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar