Fontu böyüt:
Araşdırmalara görə, aylıq internetdə online olan millətlər içərisində, kanadalılar 68% ilə liderliyi əldən buraxmayıblar. Bu kateqoriyada növbəti yerləri fransalılar (62%), ingiltərəlilər (62%), almaniyalılar (60%), amerikalılar (59%), yaponiyalılar (57%) və italiyalılar (36%) tutub.
Xeberler.az portalının “comscore.com” portalına istinadən verdiyi xəbərə görə, kanadalılar ayda 2500 dəqiqə ilə dünyada ən çox internetdən istifadə edən millətlər siyahısında liderliyə yüksəliblər.
Siyahıda ikinci yeri 2300 dəqiqə ilə İsrail əhalisi tutub. Araşdırmalara görə, aylıq internetdə online olan millətlər içərisində, kanadalılar 68% ilə liderliyi əldən buraxmayıblar. Bu kateqoriyada növbəti yerləri fransalılar (62%), ingiltərəlilər (62%), almaniyalılar (60%), amerikalılar (59%), yaponiyalılar (57%) və italiyalılar (36%) tutub.
Bununla yanaşı “comscore.com” portalı “YouTube”dan, “Twitter”dən və “Facebook”dan ən çox istifadə edənlərin Kanada əhalisi olduğunu qeyd edib. Statiskaya görə Kanada əhalisinin 17 milyonu “Facebook”da qeydiyyatdan keçib. Eyni zamanda, hər ay 21 milyon insan “YouTube”u ziyarət edir. Portal ən çox videoya baxan millətin yenə kanadalılar olduğunu qeyd edib. Belə ki, bu ölkənin internetə daxil olan bilən hər bir vətəndaşı ayda təqribən 147 dəfə “YouTube”da video izləyir.