İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

AG Telekom İstanbulda yeni brendini tanıdıb

16.10.2010 [13:15]

Fontu böyüt:      

İstanbulda 4-10 oktyabr tarixlərində keçirilmiş beynəlxalq «CeBIT Eurasia Bilişim 2010» sərgisində türkdilli dövlətlərin «TÜRKSOY» mədəniyyət təşkilatı və KATV1 brendinin sahibi olan «AG Telekom» şirkəti öz stendi ilə çıxış etmişlər.

İstanbulda 4-10 oktyabr tarixlərində keçirilmiş beynəlxalq «CeBIT Eurasia Bilişim 2010» sərgisində türkdilli dövlətlərin «TÜRKSOY» mədəniyyət təşkilatı və KATV1 brendinin sahibi olan «AG Telekom» şirkəti öz stendi ilə çıxış etmişlər.

2010-cu ilin əvvəllərində Türkiyənin paytaxtı Ankara şəhərində «TÜRKSOY» təşkilatının baş katibi Duysen Kaseinovun, «AG Telekom» MMC-nin prezidenti Samir Qurbanovun və «Crown Capital Managament Ltd» (Böyük Britaniya) şirkətinin nümayəndələrinin birgə görüşü baş tutmuşdur. Görüşün nəticəsində türkdilli xalqlar üçün vahid teleradio portalın yaradılması qərara alınmışdır.

«CeBIT Eurasia Bilişim 2010» sərgisində nar.tv portalı geniş auditoriyaya təqdim olunmuşdur. Hal-hazırda test rejimində fəaliyyət göstərən portal türkdilli xalqları birləşdirərək onlara türkdilli ölkələrin (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan) televiziya və radio kanallarının translasiyaları ilə təqdim etməyi nəzərdə tutur. Perspektivdə bütün türkdilli xalqların mövcud televiziya və radio kanallarının portala əlavə edilməsi gözlənilir.

Nar.tv digər teleportallardan bir neçə texnolojı yenilikləri ilə seçilir. Misal üçün, portal vasitəsilə kanalları canlı izləmək imkanı ilə bərabər, bütün kanallar 10 günlük tam arxivləşdirilir, beləliklə, istifadəçi 10 gün ərzində hər hansı bir kanalda efirə getmiş verilişi izləmək imkanına malikdir. Kanallarda yayımlanan hər hansı bir verlişi və ya epizodu kompyuterə yükləmək imkanı ilə yanaşı, yayımlanan hər kanalın səhifəsində verilişlərin proqramı ilə tanış olmaq mümkündür. Portalın sosial şəbəkələrlə inteqrasiyası nəticəsində istifadəçilər nar.tv vasitəsilə baxdıqlarını paylaşma bilərlər. Nar.tv vasitəsilə təxminən 20 kanalın pulsuz yayımı təşkil olunub, gələcəkdə müxtəlif maraqlara uyğun kanallardan ibarət olan pullu paketlərin də portala daxil edilməsi nəzərdə tutulur. «TÜRKSOY» və «AG Telekom»un birgə stendini böyük maraqla qarşılayan sərgi iştirakçıları nar.tv portalının gələcək planları və KATV1 kabel televiziyasının fəaliyyəti haqqında məlumatlandırılıblar.

 

Mənbə: weboxu.com


http://weboxu.com
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar