Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Aztelekom” İstehsalat Birliyinin Abşeron Telekommunikasiya Qovşağı (TKQ) bu ilin I yarımilliyinin yekunlarını açıqlayıb.
RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, hesabat dövründə əldə olunan gəlirlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% artaraq 1 mln. 431 min manatdan çox təşkil edib.
İlin əvvəlindən Abşeron TKQ tərəfindən əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi də ötən ilin müvafiq dövrünə nisbətən 13 % artaraq 1 mln. 216 min manatdan artıq təşkil edib. Qovşaq hesabat dövrü ərzində ötən ilin müvafiq dövrünə nisbətən 15 % artıq, yəni 668,4 min manat mənfəət əldə edib. Eyni zamanda göstərilən rabitə xidmətləri üzrə mövcud olan debitor borclarının yığımı 98%-ə, köhnə debitor yığımı isə 44%-ə çatdırılıb ki, bu da 2009-cu ilin uyğun dövrünə müvafiq olaraq 7% və 10% artıqdır.
Bir telefon aparatına düşən gəlir də keçən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 39,9 manata çatdırılıb. Əlavə gəlir əldə etmək üçün EATS-lərin xidmətlərindən geniş istifadə edilib, keçən il ilə müqayisədə bu sahədə də 11,5% artıq gəlir əldə olunub.
mənbə: APA