Fontu böyüt:
Kənd Təsərrüfatı Nazirliyinin təqdim
etdiyi elektron xidmət növlərinin sayı artırılıb.
Baş nazir Artur Rasizadə “Mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər
göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq
edilməsi haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar verib.
Yeni qərara əsasən, Kənd Təsərrüfatı
Nazirliyi “Aqrolizinq” ASC-in yeni aldığı, lizinqə verdiyi və lizinq yolu ilə
satdığı kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsi barədə müraciətlərin
qəbulu elektron qaydada həyata keçiriləcək.
Mənbə: APA