Fontu böyüt:
NATO-da bu günlərdə ən çox müzakirə edilən mövzu nə Gürcüstan problemi, nə Rusiya ilə münasibətlər, nə də Əfqanıstandır.
Gündəmdə olan əsas məsələ yeni baş katib Rasmussen və onun yaratdığı “facebook krizi”dir. Danimarka baş naziri olduğu dönəmdə o öz şəxsi facebook səhifəsini saxlamış, yeni dostlar əldə etmiş və onlarla facebook vasitəsilə xəbərləşmə aparmışdır.
Hətta, ayrıca olaraq seçiciləri ilə əlaqə saxladığı şəxsi blogunu da qurmuşdur. Və o hazırda NATO baş katibi olduqdan sonra da həm Facebook səhifəsinə, həm də şəxsi bloguna davam etmək istəyir.
Danimarka hökuməti, baş nazirin facebook səhifəsinin təhlükəsizlik cəhətdən problem yaratmadığını düşünə bilər. Lakin, bir təhlükəsizlik quruşu olan NATO öz əməkdaşlarının, xüsusilə isə baş katibin məlumatlarını ən üst səviyyədə qorumağa adət etmiş bir təşkilatdır. Lakin, NATO-nun yeni baş katibi israrla “Facebook səhifəmdən vaz keçmərəm” deyə bildirir.
Bu səbəbdən NATO kompyuter mühəndisləri baş katibin facebook səhifəsindəki şəxsi məlumatların qorunması üçün tədbirlər hazırlamağa başlayıblar.