Fontu böyüt:
Facebook və Twitter hər iki sosial şəbəkə artıq çoxlarının gündəlik həyatının bir hissəsinə çevrilib. Global Stats təşkilatının müxtəlif sosial şəbəkə və saytlar üzrə Azərbaycan üçün göstəricilərində də bu öz əksini tapır. “ Facebook ~ 76.66% ”
Bu dəfəki xəbər isə Azərbaycan deyil, ABŞ-da baş vermiş hadisə ilə bağlıdır. Gəlin düşünək – bir həftə ərzində Facebook profilinizdə qeyd edilmiş rəyləri, və ya sevimli kumirinizin etdiyi “tweet”ləri oxuya bilmirsiniz. Hətta vəziyyət elədir ki, çoxları facebook-suz bir gün fikrini qəbul etmək istəmir. ABŞ-dakı kolleclərdən biri məhz bunu etdi.
Mərkəzi Pennasivlaniada yerləşən The Harrisburg University of Science and Technology sosial media şəbəkələrinin tələbələrin həyatında olan təsirini analiz etmək üçün Facebook, Twitter və digər sosial şəbəkələrə girişi 1 həftəlik qadağan etdi.
Associated Press: “Kollec insanlardan rəğbət və şikayətlər almağa başladı – hətta axşam xəbərlərində bu barədə məlumat da veriblər. Lakin kollecin qərarı cəza məqsədi daşımır, sosial media saytlarının gündəlik həyata necə təsir etdiyini tələbələrə əyani olaraq göstərmək məqsədi daşıyır.”
Tələbə MySpace saytına daxil olarkən ekranda bu mesajı alır : “Bu domain blok edilmişdir”. Hətta MSN messenger də blok edilmişdir.
Bu qərarın ideya generatoru və realizə edən şəxs, Rektor Eric Darr razılıq bildirmişdir: “ Çox tələbə bu tədqiqatın tərəfdaşıdır və ona qarşı addımlar atmırlar”
Ashley Harris kollec tələbəsi qərarı müsbət dəyərləndirərək bunu faydalı qiymətləndirmişdir: “ Mən Facebook və Twitter profillərimi hər gün yoxlamağı özümə borc bilirdim. Artıq elə deyil.”
Son zamanlar Facebook aludəçiləri barəsində bir çox bu tip xəbərlər və məlumatlar yayılmaqdadır. Gedişat zəmin yaradır ki, alimlər və təhsil müəssisələri bu tip araşdırmalar keçirdərək analizlərini irəli sürsünlər.
Ən azında ABŞ-da verilən bu qərarın sayəsində nə qədər insan Facebooksuz da yaşmaq mümkün olduğunu anladı.
mənbə: "Auditoriya" onlayn qəzeti