Fontu böyüt:
«Royal Bank» Səhmdar Kommersiya Bankı (SKB) rəsmi veb-saytını (www.royalbank.az) yeni tərtibatda təqdim edib.
Bankın Bakıdakı baş ofisindən verilən məlumata görə, əvvəlki saytdan fərqli olaraq yeni saytda plastik kartların sifarişi, kreditlər üçün müraciət və digər xidmətlər on-line rejimdə həyata keçirilə bilər. Sayt vasitəsilə həmçinin İnternet bankçılıq, ipoteka kreditlərinin hesablanması və digər xidmətlərdən istifadə etmək mümkündür.
Qeyd edək ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. APA