Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri Elçin Zeynalov İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru təyin edilib.

Zeynalovun bazar ertəsi Trend-ə bildirdiyinə görə, hazırda Dövlət Fondunun fəaliyyəti çərçivəsində hüquqi və təşkilati məsələlərin həlli üzrə işlər aparılır.
Söhbət Dövlət Fondunun nizamnaməsində göstərilən hüquqi sənədlərin hazırlanması, həmçinin Fondun kadrlarının formalaşdırılması haqqında gedir. İşlər başa çatdırıldıqdan sonra Fond İT layihələrini maliyyələşdirməyə başlayacaq və qrant müsabiqələri keçirəcək.