Fontu böyüt:
Xəbər verdiyimiz kimi CHP-nin sabiq sədri Dəniz Baykala aid olduğu iddia edilən görüntülər bir müddət öncə “YouTube”də yayımlanmışdı.
Bu görüntülər Dəniz Baykalın partiya rəhbərliyindən getməsinə səbəb olmuşdu. CHP görüntülərin yığışdırılması ilə bağlı Ankara Baş Prokurorluğunun müraciət edərək Yotubenin bağlanmasını tələb etmişdi.
Youtube isə məhkəmənin qərarına təsir edən yeni bir addım atıb. Belə ki, CHP-nin sabiq sədri Dəniz Baykalın görüntüləri saytdan qaldırılıb. Prokurorluq həmin görüntüləri “YouTube” saytına qoyan şəxs və şəxslərin üzə çıxarılması istiqamətində araşdırmanı davam etdirir.