Fontu böyüt:
Türkiyədə özəl telekanallardan birində ermənicə xəbər təqdim olunacaq. Xeberler.az ANS Press-ə istinadən xəbər verir ki, Türkiyədə ermənicə xəbərlər ələvilərə aid “Su” telekanalından oxunacaq.
Telekanalın baş redaktoru Cəfər Solğun bildirib ki, ermənicə xəbərlər proqramı dekabrın 28-dən etibarən hər axşam saat 20.00-də tamaşaçılara çatdırılacaq. Xəbərləri isə Türkiyə ermənisi Melisa Boz oxuyacaq. Aparıcı bunun çox gözəl hiss olduğunu bildirib. Qeyd edək ki, “Su” telekanalında xəbərlərin kürd dilində də yayımı var.