Fontu böyüt:
Topware Interactive kompüter oyunları istehsalçı firması şəbəkədə Dream Pinball 3D oyununu yerləşdirən Londonlu İzabella Barvinskaya qarşı iddia qaldıraraq məhkəmədə qalib gəlib. Məhkəmə Barvinskadan maddi ziyana və firmanın məhkəmə xərclərinə görə 16 min funt (təqribən 32 min dollar) məbləğində cərimə ödəməyi tələb edib.
Oyunun surətini internet istifadəçilərinə paylayan daha üç nəfər də məhkəməyə verilib.
Topware Interactive firmasının məhkəmədə qalib gəlməsi onu gələcəkdə minlərlə britaniyalıya qarşı oyunu yaydıqlarına görə iddia qaldırmağa həvəsləndirə bilər.
Firmanın vəkili Devid Qorun zənnincə, məhkəmənin çıxardığı qərar oyunların gələcəkdə də pulsuz yayılmasına qadağa qoyur. Onun sözlərinə görə, firma, oyunları icazəsiz, fayllarla yayan minlərə insandan xəbərdardır.
Topware Interactive, oyunu yayan piratlara qarşı mübarizəni 2007-ci ilin əvvəlindən başlayıb. O zaman firma məhkəmə vasitəsilə Britaniyanın 18 internet-firmasını piratçılıqda şübhələnənlər haqda məlumat verməyə məcbur etmişdi. Sonra isə onlara 500 məktub göndərərək onu eMule, eDonkey, Gnutella və s. kimi saytlara yerləşdirməyi tələb etmişdi. Məktublarda firma şübhələndiyi piratlardan 300 funt (təxminən 600 dollar) ödəməyi tələb edir və ödəmədən imtina edənlərə qarşı məhkəmə iddiası qaldıracağı ilə hədələyirdi.