Fontu böyüt:
Dünyanın ən məşhur axtarış sistemi olan Google saytların reytinqini açıqlayıb. Siyahıya Facebook sosial şəbəkəsi başçılıq edir. Şəbəkəyə hər gün orta hesabla 540 milyon adam daxil olur. Saytda orta günlük səhifələnmə isə 570 milyarda çatır.
İkinci pillədə gələn Yahoo.com saytına gündə 400, üçüncü Live.com-a isə 370 milyon nəfər baş çəkir. Dördüncü yerdə Vikipediya (310 milyon), beşinci pillədə isə MSN (280 milyon) gəlir.
Rusiya saytlarından Yandex.ru 57-ci, Mail.Ru 58-ci pillədədir. Onlara hər gün müvafiq olaraq 38 və 37 milyon insan baş çəkir. «Odnoklassniki» sosial şəbəkəsi isə yalnız 118-ci yerdə qərarlaşıb.