Fontu böyüt:
ABŞ-da yerləşən Apple şirkətinin mağazalarında telefon provayderlərindən servis müqaviləsi olmadığına görə bəzi “iPad2” planşetləri yığışdırılıb. Bütün ölkələrdən gələn turistlər isə öz ölkələrinə bu planşetləri aparmaq niyyətindədir. Beləliklə, Apple mağazalarının qabağında yenidən böyük növbələr yaranıb, - “Gazeta” xəbər verir.
Mağazalar bir nəfərə bir planşetdən artıq satmaqdan imtina edib. Onlayn mağazalar isə yalnız üç-dörd həftədənbir belə planşetləri satışa çıxarır.