21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Multimedia Mərkəzi tərəfindən «Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək» Layihəsi çərçivəsində keçirilən Treninqlərin birinci mərhələsi başa çatıb.
Treninqlərdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.
Bu mərhələdə keçirilən sonuncu Treninqin mövzusu Jurnalistlərin mobil texnologiyalardan səmərəli və effektiv istifadəsinə həsr olunub.
Treninqdə Mobil internet resursları üzrə mütəxəssis, Wapxana resursunun sahibi Rəşad Əliyev «Mobil internet; Mobil resurslardan effektiv istifadə qaydaları; Wap resurslar; WAP xəbər saytları; WAP –dan jurnalistikada istifadə; Mobil telefonla xəbər axtarışı; Mobil təhlükəsizlik mövzusunda təqdimatla çıxış edib. Mövzu ətrafında praktiki nümunələr təqdim olunub. Treninq iştirakçılarını maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilib.
Növbəti Qruplar üzrə Treninqlər cari ilin oktyabr ayında keçiriləcək. Hazırda bu treninqlərdə iştirak etmək istəyən Jurnalistlərin qeydiyyatına başlanılıb.
Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.