İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

ISESCO-nun dəstəyi ilə «Təhsildə İKT-nin tətbiqi» mövzusunda seminar keçirilib

14.08.2009 [16:10]

Fontu böyüt:      

Təhsil Nazirliyi və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESCO) Bakıda “Təhsildə İKT-nin tətbiqi” mövzusunda üçgünlük milli seminar keçirib. Seminar “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilib.

Təhsil Nazirliyi və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESCO) Bakıda “Təhsildə İKT-nin tətbiqi” mövzusunda üçgünlük milli seminar keçirib. Seminar “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilib.

Seminarda Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılmasi idarəsinin rəisi Samir Məmmədov dövlət proqramı çərçivəsində görülən işlər haqqında geniş məlumat verib. S.Məmmədov çıxışında dövlət proqramı çərçivəsində qurulan Məlumat və Resurs Mərkəzi, Azərbaycan Təhsil Şəbəkəsi, Təhsil Portalı və s. fəaliyyətlər üzrə seminar iştirakçılarını məlumatlandırıb.

Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əziz Axundov Azərbaycanın təhsil sisteminin müasir standartlara uyğün qurulması istiqamətində fəaliyyət çərçivəsində Nazirliyin beynəlxalq təşkilatlarla mütamadi olaraq əməkdaşlığını qeyd edib. Onun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycanın təhsil sisteminin daimi inkişafı ilə yanaşı, milli təhsil nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırmağa imkan yaradır. A.Axundov İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.
İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının nümayəndəsi Əli İbrahimi müasir təhsil sistemində informasiya kommunikasiya texnologiyalarınn mühüm alətlərdən biri olmasını qeyd etmişdir.

Onun sözlərinə görə, inkişafın vacib komponentı olan təhsil yeni texnologiyalar vasitəsilə öz mühüm vəzifəsini daha effektiv həll edə bilir. Ə.İbrahimi çıxışında bu istiqamətdə İSESCO təşkilatının həyata keçirdiyi layihələr haqqında geniş məlumat vermiş və Azərbaycanla da bu istiqamətdə əməkdaşlığın vacibliyini qeyd edib.

Seminarda “Təhsilin idarə olunmasında İKT-nin tətbiqi problemləri: dünya təcrübəsindən istifadə”, “Mədəd təşkilatının əməkdaş təşkilat kimi Dövlət Proqramında fəaliyyəti”, “Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramının Azərbaycanda tətbiqi” mövzularında təqdimatlar keçirilib.
Tədbir çərçivəsində təhsildə İKT-nin tətbiqi üzrə işçi qruplarda praktik işlər də həyata keçirilib. Bu müzakirələrdə Web 2.0 texnologiyalarından praktik istifadəyə, yönümlü tədrisin inkişafına istiqamətlənmiş elektron təhsil resurslarının öyrənilməsinə xüsusi yer ayrılıb.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar