Fontu böyüt:
Çinin 16 ay əvvəl, 2007-ci ilin oktyabrında kosmosa buraxdığı “Change-1” süni peyki öz missiyasını başa vurub. “Sinxua” agentliyinin məlumatına görə, peyk bu gün Ayın səthinə düşüb.
Mövcud olduğu 16 ay ərzində “Change-1” bir neçə min dəfə Ayın ətrafına dolanaraq onun dəqiq xəritəsini çəkməyə çalışıb. Peykin Aya düşməsi onun missiyasının başa çatması ilə əlaqədardır. Yəni Ayın dəqiq xəritəsi artıq hazırdır.
2012-ci ildə çinli astronavtlar Ayın səthinə lunaxod buraxacaqlar. Buna qədər isə onlar oraya “Change-2” adlı daha bir süni peyk göndərmək fikrindədirlər. lent.az