İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda beynəlxalq təhsil və kareyra sərgisi keçiriləcək

31.08.2009 [19:37]

Fontu böyüt:      

Sentyabr ayının 10-dan 12-dək Heydər Əliyev adına İdman və Konsert kompleksində 3-cü Beynəlxalq Təhsil və Karyera sərgisi keçiriləcək.

Sentyabr ayının 10-dan 12-dək Heydər Əliyev adına İdman və Konsert kompleksində 3-cü Beynəlxalq Təhsil və Karyera sərgisi keçiriləcək.

“Təhsil və Karyera” sərgisi təhsilin bütün istiqamətlərinin kompleks şəkildə təqdim olunmasına yönəlmiş, kadrların hazırlıq səviyyəsinin yüksəldilməsinə yardım edən, habelə işəgötürənlər və təhsil müəssisələri arasında əməkdaşlığa imkan yaradan yeganə ixtisaslaşdırılmış tədbir sayılır. Bu ilki sərgidə iştirakçılar arasında İsveçrə, ABŞ, Türkiyə, Almaniya, İtaliya, Macarıstan, Böyük Britaniya, Çexiya, Rusiya və digər ölkələrin təşkilatları özəl təhsil ocaqlarını təqdim edəcək. Dövlət ali təhsil ocaqları Azərbaycan, Ukrayna, Belarus və Tatarıstan tərəfindən təqdim olunacaq. Sözügedən təhsil sahəsinin sektorun mütəxəssisləri özləri üçün maarifləndirici proqramlar və texniki təlim vasitələri sektorunda bir çox həll variantları tapacaqlar. Üç gün ərzində sərgi ərazisində müxtəlif təhsil proqramları, treninqlər, kursların təqdimat mərasimləri, həmçinin tələbə mübadiləsi sistemləri təqdim olunacaq. Bundan əlavə, sərgi meydançasında təhsil müəssisələrinin keyfiyyətli avadanlıqlar ilə təchiz edilməsi imkanları nümayiş etdiriləcək.

Bu il ilk dəfə olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi da sərgidə iştirak edərək qeyri-hökumət gənclər təşkilatları və hərəkatlarını təqdim edəcək. Sərgi ərazisində aparıcı mütəxəssislər tərəfindən “Təqdimat bacarıqları” mövzusunda (təqdimat və ya çıxışların hazırlanması və həyata keçirilməsi üsulları ilə tanışlıq üzrə), habelə karyeranın planlaşdırılması üzrə nəzəri biliklər və lazımı bacarıqlardan bəhs edən “Karyeranın planlaşdırılması” mövzusunda “master-klass”lar - təkmilləşdirmə seminarları keçiriləcəkdir. Bu proqram gənclərin sahib olduğu güclü və zəif cəhətlərin dəqiq və səmərəli qiymətləndirilməsini, həyat əhəmiyyətli məqsəd və prioritetlərin müəyyənləşdirilməsini, fərdi inkişaf və karyera qurma planının savadla işlənilib hazırlanmasını əhatə edir.

Azərbaycanda Uşaq ilinə həsr edilmiş tədbirlər planını gerçəkləşdirməklə, “Education & Career” sərgisinin təşkilatçıları sərgi çərçivəsində uşaq evləri və internatlar üçün kitabların toplanması üzrə “Kitab hədiyyə et!” adlı xeyriyyə aksiyasının keçirilməsini planlaşdırırlar. Demək olar ki, hər birimizin evində bizim ailəmizin rifahına xidmət göstərmiş kitablar var. Sərgiyə gələn ziyarətçilərə təklif olunur ki, bu kitabları uşaq evlərinə və internatlara ötürməklə həmin kitablara ikinci həyat bəxş etsinlər. “Iteca Caspian” şirkəti hamını “Kitab hədiyyə et!” aksiyasında iştirak etməklə uşaqların mütaliəsinə dəstək verməyə, qayğıkeşlik və insanpərvərlik kimi yüksək mənəvi keyfiyyətlər nümayiş etdirməyə dəvət edir. Uşaq evləri və internatlarda tərbiyə olunan uşaqlara kitab hədiyyə etmək arzusunda olan bütün şəxslər kitabları 10-12 sentyabr tarixlərində keçiriləcək Təhsil və Karyera sərgisində təşkilatçıların stendinə təqdim edə bilərlər.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar