İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

DİN-dən xəbərdarlıq: İnternet cinayətkarlarına aldanmayın!

13.04.2009 [23:20]

Fontu böyüt:      

Daxili İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını kiber cinayətkarlardan qorunmağa çağırıb.


Saxta lotoreya uduşları, alqı-satqılar nəticəsində çoxsaylı Azərbaycan vətəndaşı aldadılıb

Daxili İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını kiber cinayətkarlardan qorunmağa çağırıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, vətəndaşlar son vaxtlar kibermühitdə törədilən cinayətlərin qurbanına çevrilir, malların alqı-satqısı, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi barədə internetdə gedən elanlara inanaraq onları hərtərəfli yoxlamadan külli miqdarda pullarını cinayətkarların bank hesablarına köçürürlər.

Akif Əliyev 2007-ci ilin noyabr ayında Portuqaliyada yaşayan Antonio Pedro adlı şəxsə məxsus internet saytında satışa qoyulmuş 2004-cü il istehsallı "Range Rover" markalı avtomaşını almaq üçün tələb olunan hesaba 14.000 ABŞ dolları vəsait köçürüb, lakin bu günə kimi avtomobili əldə edə bilməyib.

Cavid Abdullayev isə 2008-ci ildə "Microsoft" şirkətində 250.000 funt sterlinq məbləğində uduş kampaniyasının qalibi olması barədə elektron poçt vasitəsilə londonlu Karlos Sandos adlı vəkildən məktub, eləcə də Londondakı bankların birindən məbləğin onun hesabına köçürüləcəyi ilə bağlı zəmanət məktubu alıb. Abdullayev vəkil ilə anlaşma sənədləri əsasında onun hesabına 5.845 ABŞ dolları köçürsə də müəyyən olunmuş müddətdə və sonralar uduş barədə heç bir məlumat almayıb.

Bakı şəhər Müşfiqabad qəsəbəsinin sakini Babək İsmayılov da 2008-ci ilin aprel və may aylarında Avstraliyada yerləşən şirkətlərin biri tərəfindən guya internet vasitəsilə keçirilən lotereya oyununda qalib olması barədə aldığı məktub əsasında sənədləşmə işləri üçün müvafiq bank hesabına 4.000 ABŞ dolları məbləğində vəsait köçürüb.

Zərərçəkmişin müraciəti İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən araşdırılarkən Avstraliyada həmin adda şirkətin fəaliyyət göstərmədiyi və bu hadisənin internet fırıldaqçılığı olması müəyyən edilib.

Nizami Ələmşahovun internet saytlarının birində satışda olan kompüteri almaq məqsədilə köçürdüyü 1.200 ABŞ dolları, Xatirə Xakidanın isə mobil telefon almaq üçün köçürdüyü 370 ABŞ dolları da dələduzlar tərəfindən mənimsənilib.

Daxili İşlər Nazirliyi vətəndaşları sayıq olmağa çağırır. Nazirlikdən bildirilib ki, elektron əqdlər bağlamazdan əvvəl qanunla müəyyən edilmiş bütün tədbirlər görülməli, o cümlədən "Elektron ticarət haqqında" Qanuna uyğun olaraq, satış, xidmət və ya iş görmək təklif edən hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə məlumatları (telefon, faks, internet və elektron poçt ünvanı), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və s. məlumatların mötəbərliyi mütləq qaydada yoxlanılmalı, şübhə doğuran məqamlarda pul köçürmələri həyata keçirilməməlidir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar