Fontu böyüt:
Yaponiyadakı İrəli Sənaye Texnologiyaları İnstitutunun biliciləri 1.58 metr, 43 kq çəkisi olan robot maniken hazırlayıblar.
“Ucroa” adlı maniken üçün 1.6 milyon avro xərclənib.Manikenin hazırlanması üçün 3 il vaxt lazım olub. 19-29 yaşlı yapon qadınların quruluşunu təqlid edən “Ucroa” verilən əmrləri az-çox yerinə yetirə bilir.
Robot yapon dilində “Adın nədir, Neçə kilosan” kimi suallara cavab verə bilir. Xatırladaq ki, yaponlar yaxınlarda Saya adlı “robot müəllim” istehsal etmişdilər.