Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Netty-2009 Milli İnternet Mükafatı Akademiyasının ilk iclası keçirilib.
İclası rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə açıb. İştirakçıları İnternet Mükafatının 5 illiyi münasibəti ilə təbrik edən nazir müavini nazirliyin bundan sonrada müsabiqəni dəstəkləyəcəyini bildirib.
İclas zamanı Netty-2009-un keçirilmə müddətləri müzakirə olunub və iştirak etmək üçün qeydiyyat zamanı zəruri olan parametrlər sırasına istifadəçinin “Soyadı, adı, atasının adı”, “Əlaqə telefonu”, “Poçt ünvanı”, “Fəaliyyət növü”, və “Fotoşəkili” kimi parametrlərin daxil edilməsinə dair qərar qəbul olunub.
Yeni nominasiyaları müzakirə edərək, iclas iştirakçıları 3 müsabiqədənkənar kateqoriya təsis etməyi qərara alıblar: “Ən yaxşı uşaq saytı” (“Uşaqlar internetdə”) – 2009-cu ilin “Azərbaycanda uşaq ili” elan olunması çərçivəsində, “Bakı haqqında ən yaxşı sayt” (Paytaxt) – Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan olunması çərçivəsində. Üçüncü əlavə kateqoriya kimi ötən il tətbiq olunmuş “Ən yaxşı dizayn” nominasiyası saxlanılıb.
Bundan əlavə iclas zamanı qərara alınıb ki, “Ən yaxşı bloq” və “Ən yaxşı wap-sayt” nominasiyalarını təsis edilməsin. Həmçinin “İlin İT hadisəsi” adlı yeni fəxri nominasiya təsis olunub. www.mincom.gov.az
xeberler.az