Fontu böyüt:
12 noyabr Azərbaycan Konstitusiya günü ərəfəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt MMC-i yeni tikilmiş obyektlərin istifadəyə verilməsini planlaşdırır.
Zaqatalada, Tovuz rayonunun Aşağı Öysüzlü və Yanıqlı, Gədəbəy rayonunun Slavyanka, Saratovka və K.Qaramurad kəndlərində tikilən yeni poçt binaları noyabrın 10-11 tarixində açılacaq.
Milli üslubda tikilən yeni binalar müasir texniki avadanlıqlarla və mebel ilə təmin olunub.