İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Mobil telekommunikasiya biznesinə aid yeni internet portalı təqdim olunub

21.12.2010 [17:45]

Fontu böyüt:      

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell”, telekommunikasiya korporasiyası olan “Alcatel-Lucent” və tədris sahəsində fəaliyyət göstərən “Junior Achievement” şirkətləri Azərbaycan mobil telekommunikasiya biznesinə aid yeni internet portalı təqdim edib. “Bakcell”dən verilən məlumata görə, www.imtb.mobi portalı vasitəsilə “Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramında iştirak edən tələbələr məsafəli tədris istifadə etmək imkanı əldə edəcək. Proqramda iştirak edəcək tələbələrin seçimi və

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell”, telekommunikasiya korporasiyası olan “Alcatel-Lucent” və tədris sahəsində fəaliyyət göstərən “Junior Achievement” şirkətləri Azərbaycan mobil telekommunikasiya biznesinə aid yeni internet portalı təqdim edib.

“Bakcell”dən verilən məlumata görə, www.imtb.mobi portalı vasitəsilə “Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramında iştirak edən tələbələr məsafəli tədris istifadə etmək imkanı əldə edəcək. Proqramda iştirak edəcək tələbələrin seçimi və qiymətləndirməsi ilə yanaşı, İMTB portalı vasitəsilə işə hazırlıq və biznes etika üzrə interaktiv təlimlər həyata keçiriləcək, mobil şəbəkənin fəaliyyəti və mobil telekommunikasiya sənayesində informasiya texnologiyalarının istifadəsi tədqiq olunacaq, bu sahədə baş verən innovasiyalar, WiMAX, LTE və 4G texnologiyaların perspektivləri təhlil ediləcək.

“Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı “Bakcell”in maliyyə dəstəyi və “Alcatel-Lucent” Azərbaycan şirkəti ilə tərəfdaşlıq çərçivəsində 2010-cu ilin sentyabrında başlanıb. İki il ərzində həyata keçiriləcək proqram çərçivəsində texniki sahədə təhsil alan 90 nəfər 1-ci və 2-ci kurs tələbəsi işə hazırlıq və biznes etika üzrə təlim alacaq, mobil telekommunikasiya sektoruna dair ardıcıl təlimlərdə iştirak edəcək və əldə etdikləri bilikləri “Bakcell” və “Alcatel-Lucent” şirkətlərində peşəkar istiqamətləndirmə vasitəsilə təcrübə kursunda tətbiq edəcək.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar