Fontu böyüt:
Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti “Poz və Qazan” Lotereyasının qalibi Vüsal Əzizova BMW i320 avtomobilini təqdim edib.
Şirkətdən verilən məlumata görə, “Improtex Motors” şirkətinin ofisində keçirilən mərasim zamanı Bakcell şirkətinin Baş Kommersiya Direktoru Krasimir Genov BMW avtomobilinin sahibi Vüsal Əzizova simvolik maşın açarı təqdim edib.
22 yaşlı tələbə Vüsal Əzizov Bakcell şirkətinə təşəkkür edib və BMW avtomobilinin xoşbəxt sahibi olmasına şad olduğunu bildirib.
Xatırladaq ki, “Poz və Qazan” Lotereyası 25 dekabr 2010-cu il tarixdən 21 yanvar 2011-ci il tarixə qədər keçirilib. Lotereyada iştirak etmək üçün CİN abunəçiləri 4 ədəd 1 AZN, 2 AZN və 6 AZN-lik kartı toplayıb müxtəlif hədiyyələri və əsas priz BMW i320 avtomobilini qazanmaq üçün təsvirli tapmacanı tapmalı idilər. Lotereya ərzində Bakcell abunəçiləri 60 ədəd Netbuk, 90 ədəd Nokia 5130 telefonu, 150 ədəd Nokia 2330 telefonu, 130 ədəd USB modemi, çoxsaylı 1 və 2 AZN dəyərində kontur katrları daxil olmaqla minlərlə müxtəlif hədiyyələrə sahib olublar.