İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“BarKamp Azərbaycan 2009” yekunlaşdı!

18.08.2009 [21:01]

Fontu böyüt:      

HP şirkəti, Soros Fondu, Azərbaycan İnternet Forumu (AİF) eləcə də Nexus, UniBank tərəfindən dəstəklənən qeyri-konfransda Azərbaycanın müxtəlif bölgələrindən olan media mütəxəssisləri, jurnalistlər və gənclər iştirak edib.

Daha öncə də məlumat verdiyimiz kimi ,14-16 Avqust tarixlərində Gəncədə keçirilən “BarKamp Azərbaycan 2009” qeyri-konfransı baş tutdu. HP şirkəti, Soros Fondu, Azərbaycan İnternet Forumu (AİF) eləcə də Nexus, UniBank tərəfindən dəstəklənən qeyri-konfransda Azərbaycanın müxtəlif bölgələrindən olan media mütəxəssisləri, jurnalistlər və gənclər iştirak edib.

Emon oteldə keçirilən konfransa gözləniləndən çox iştirakçı qatılıb. Müxtəlif mövzuda keçirilən təqdimatlar böyük maraqla izlənilib. 14-16 avqustda keçirilən “BarKamp Azərbaycan 2009” qeyri konfransında aşağıdakı mövzularda təqdimatlar keçirilib. Bəzilərini nəzərinizə çatdırırıq:

- Mobil İnternet və saytlar - Samir Yəhyazadə;
- Sayt qurmaq istəyənlər üçün tövsiyyələr - Baba Əliyev, OPEN SOURCE;
- Azərbaycanda e - Təhsil-Nəsimi Rzayev;
- SOS uşaq kəndləri Cəmiyyəti, dostların online ianə imkanları-Rauf İlhamiyyə;
- www.firststeps.az - Rəşad Əliyev;
- www.mektebler.az - Səbuhi İsayev;
 - Sosial şəbəkə. Necə? - Rate solutions Estoniya;
- www.birge.az - Rəşad Əlioğlu;
- Yeni layihələr və təhlükələr - Emin Hüseynzadə;
- wap mobil reklam - Xəyyam Hüseynov;
- www.karabakhblog.com - Səbuhi isayev;
- Yeni media indiki vəziyyət - Xanım Cavadova;
- Startup nədir? -Vahid Qasımov;
- www.blogy.az sən də blog yarat! -NEATS Gr;
- Poçt göyərçini. Topdan sms xidməti – Cenk Abac;
- Ədəbi internet. Ədəbiyyatımız şəbəkədə - Jalə İsmayıl;
- Azərbaycanda e-İmza – Anar Məmmədov;
- İnternet Banking – Şahin Mirabutalıbov;
-Domen al! - effektiv domeni necə seçmək lazımdır?- İlqar Mirzə

Təqdimatlardan sonra iştirakçılar müxtəlif mövzuda müzakirələr ediblər. “İnternet və onun problemləri” mövzusu maraqla qarşılanıb.

Konfrans müddətində iştirakçılar Gəncənin gəzməli-görməli yerlərinə səyahət etməyi də unutmayıblar.

“BarKamp Azərbaycan 2009” haqda ətraflı məlumatı və konfransın görüntülərini yaxın zamanda www.barcamp.az saytından əldə edə bilərsiz.

BarKamp ictimai,qeyri -kommersiya İKT hərəkatıdır. 2005-ci ildən Kaliforniyadan başlayan İKT hərəkatı Azərbaycandan da yan keçməyib.

Xatırladaq ki, BarKamp, Azərbaycanda ilk dəfə 2008-ci ildə, 29-31 avqust tarixində Lənkəran şəhərində keçirilmişdir. 2009-cu ildə, 27-29 mart tarixində isə Qafqaz Universitetində Beynəlxalq dərəcəli “BarCamp Caspian” təşkil olunmuşdur. 15 ölkədən iştirakçıların qoşulduğu bu tədbirdə ümumilikdə 450-dən çox şəxs iştirak etmişdir.

“BarKamp Azərbaycan” qeyri-konfransının məqsədi İnternet və media layihələrinin inkişafına kömək etmək, Yeni və Ənənəvi Media mütəxəssisləri arasında təcrübə mübadiləsi yaratmaq, yeni internet layihələrini tanıtmaq, eləcə də İT və media mütəxəssisləri arasında müxtəlif mövzularda müzakirələr təşkil etmək, “start-up” tipli, o cümlədən mövcud İnternet və Yeni Media layihələrinin inkişafı üçün müxtəlif biznes və qeyri-biznes qurumları ilə gənclər arasında əlaqənin qurulmasına kömək etməkdir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar