Fontu böyüt:
Avropa ölkələrində və ABŞ-da ucuz internetə bağlanmaq məcburiyyəti yarandı.Çoxları üçün əlaqə əsnasında çıxan səslərin nostalji xatirələri belə var. Lakin qlobal böhran Avropanın unutduğu vasitəni geri qaytardı.
Bir çox istifadəçi yalnız daha ucuz olduğu üçün köhnə və keyfiyyətsiz əlaqə növünə geri dönməyə məcburdur. Son vaxtlarda ABŞ və Avropadakı çevirməli abunəlik satışlarının 2 qat artdığı müşahidə edilir. Onlar internetə geniş zolaqlı qoşulmadan istifadə edənlərdən fərqli olaraq texnologiya və yeniliklərə maraqlı deyillər. Sadəcə e-poçtlarına nəzarət edib, Google-də kiçik axtarışlar etmək üçün internetə ehtiyac duyurlar. Bununla ciblərinə qənaət edəcəklərini düşünürlər.
ABŞ-də fəaliyyət göstərən NetZero və Juno adlı 2 fərqli dial-up servisinə sahib olan United Online bununla bir ailənin ildə 300 $ qənaət edəcəyini düşünür. CEO Mark Goldston bu geri dönüşdən mümkün olduqca yararlanmaq istədiyini deyir. Ona görə də şirkət dial-up reklamlarına yenidən başlamağı düşünür.