Fontu böyüt:
Bu il sentyabrın 12-dən 14-dək Bakıda “Kibernetika və informatika problemləri” mövzusunda IV Beynəlxalq konfrans keçiriləcək
Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan
AzərTAc-a verilən məlumata görə, tədbirin təşkilatçıları AMEA, Rabitə və
İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, “Abdus Salam” Nəzəri Fizika
Beynəlxalq Mərkəzi, AMEA-nın Kibernetika və İnformasiya Texnologiyaları
institutları, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan
Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti
və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutudur.
İnformasiya
-kommunikasiya texnologiyaları, intellektual texnologiyalar, sistemlər, seysmik
cihazlar, sistemlər və texnologiyalar, modelləşdirmə, identifikasiya, ədədi
üsullar, hesablama texnologiyaları, tətbiqi stoxastik analiz, idarəetmə və
optimallaşdırma, sosial-iqtisadi sistemlərdə qərarların qəbul edilməsi
konfransın əsas elmi istiqamətlərindən olacaqdır.
AMEA-nın
İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək beynəlxalq konfransda ABŞ,
Rusiya, Almaniya, İtaliya və digər ölkələrdən aparıcı alim və mütəxəssislər
iştirak edəcəklər.
xeberler.az