21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Respublikanın bölgələrindəki ümumtəhsil məktəblərində kompüter biliklərinin artırılması məqsədilə xüsusi proqram tərtib olunmuşdur.
2008-2012-ci illəri əhatə edəcək bu proqrama əsasən, təhsil sistemində elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi nəzərdə tutulmuşdur. Proqramın məqsədi ölkəmizin rayon və kənd ümumtəhsil məktəblərinin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və onlardan istifadə edilməsidir. Proqram ölkəmizin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyası ilə yanaşı, əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanı yaradacaqdır.
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Rasim Əliquliyev AzərTAca artıq proqramın icrası ilə əlaqədar müvafiq işlər görüldüyünü bildirmişdir. Proqrama əsasən bütün təhsil müəssisələrində şagirdlərə düşən kompüterlərin sayı da artırılacaqdır. Təhsil ocaqlarında fənlər üzrə elektron tədris və metodiki resurslar yaradılacaqdır