Fontu böyüt:
Nəticədən sonra xarici dildə veriliş verən kanallar barəsində ölçü götürüləcək
Milli Televiziya və Radio Şurası yanvarın 1-dən etibarən televiziya kanallarında xarici dildə verilişlərin verilməsinə qoyulan qadağanı pozan televiziya kanalları barəsində müəyyən tədbirlər görəcək. Bu tədbirin nədən ibarət olacağı isə şuranın yığıncağında bəlli olacaq. Milli Televiziya və Radio Şurasından verilən məlumatda bildirilib ki, hazırda televiziya kanallarının ayın birindən efirə verdiyi proqramların monitorinqi aparılır.
Qeyd edək ki, qoyulan qadağadan kənara çıxan televiziya kanallarının siyahısında “Space” və “Lider” televiziyasının adı hallanmışdı. Amma buna baxmayaraq yekun qərar monitorinqdən sonra bəlli olacaq. Proses başa çatdıqdan sonra Şura tərəfindən keçirilən yığıncaqda qaydalara əməl etməyən kanallar barəsində müəyyən tədbirlər həyata keçiriləcək. “OLAYLAR” İA