21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
2014-cü ildə dünya displeylər bazarının həcminin azalmasının müşahidə olunacağı, həmçinin Çinin "BOE" və "CSOT" kimi istehsalçılarının panellərin buraxılış həcmini genişləndirməsini davam etdirməsi, ABŞ, Avropa və Çin bazarında alıcılar tərəfindən televizor alışına xərclərin azalması ilə əlaqədar məhsul bolluğunun olacağı gözlənilir.
"Televiziya qurğuları bazarının aparıcı oyunçularının böyük ümidlər bəslədiyi "OLED" və "UHD" modellərin kütləvi şəkildə yayılması üçün bir qədər vaxt lazımdır", - "The Korea Times" nəşrinə müsahibədə "Korea Display Industry Association" (KDIA) Assosiasiyasının əməkdaşı qeyd edib ki, hazırda istehlakçıları daha çox smartfon və planşet kompüterlər maraqlandırır.
Televizorlar üçün iriformatlı maye-kristal panellərə tələbatın azalması dünyanın nəhəng istehsalçıları "LG Display" və "Samsung Display" şirkətlərini istehsal gücünü genişləndirməklə bağlı planlara yenidən baxmağa və növbəti ildə bu məqsədlər üçün investisiyaları 20-30 % azaltmağa məcbur edib. (ictnews.az)