Azərbaycan internet məkanında yeni layihəyə start verilir. Noyabrın 11-də açılışı planlaşdırılan və Bunect (Business Connect) adlanan bu layihənin əsas məqsədi iş adamlarını bir yerə toplamaq və onlar arasında əlaqəni möhkəm və keyfiyyətli şəkildə təmin etməkdir.
Azərbaycan internet məkanında yeni layihəyə start verilir. Noyabrın 11-də açılışı planlaşdırılan və Bunect (Business Connect) adlanan bu layihənin əsas məqsədi iş adamlarını bir yerə toplamaq və onlar arasında əlaqəni möhkəm və keyfiyyətli şəkildə təmin etməkdir.
Bunect vasitəsilə şirkətlər öz bizneslərini genişləndirə və başqa şirkətlərlə həm iş, həmdə dostluq əlaqələri qura bilər. Bundan başqa, şirkətlər müxtəlif ixtisaslı təcrübəli mütəxəssislər, iş axtaranlar isə özlərinə müvafiq iş tapa bilər.
Platforma hələlik 3 dildə fəaliyyət göstərəcək: Azərbaycan, ingilis və rus. Layihənin açılışından sonra alman, fransız, ispan, italyan, ərəb və çin dilləri mütəmadi olaraq Bunect-də əlavə olunacaq.
Layihənin əsas funksiyalarından biri isə qeydiyyatın müxtəlif variantlarda olması və istifadəçiyə seçim imkanının verilməsidir:
Standard user – işi olmayan və iş axtaranlar bu variantdan yararlana bilərlər.
Professional – müxtəlif sahələrdə işləyən, yəni işi olan istifadəçilər üçün nəzərdə tutulmuş variant.
Businessman – Hər hansı bir şirkətin təsisçisi, sahibi, müdiri və ya müxtəlif departamentlərin direktorları və ya sədrləri həmin variantı seçə bilərlər.
Hər bir variantın özünə uyğun qeydiyyat forması olur, istifadəçi isə istədiyi zaman öz qeydiyyat tipini dəyişə bilir.
Qeyd edək ki, hazırda bir neçə yeni funksiya üzərində iş gedir. Bunlar Groups və Blog adlanan fünksiyalardır. İstifadəçilər Groups vasitəsilə müxtəlif kateqoriyalı qruplar yarada bilər və başqa istifadəçiləri dəvət edərək onlarla müxtəlif mövzularda fikirləri ilə bölüşə bilər.
Hal-hazırda istifadəçi http://www.bunect.com/ saytına daxil olub öz e-mailını və adını yazaraq qeydiyyatdan keçsə, o zaman saytın açılışı haqqında ona məlumat göndəriləcək.
Mənbə: mincom.gov.azxeberler.az