Fontu böyüt:
Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti yeni “Həftəyə avtomobil” kampaniyasına start verib.
Xeberler.az-ın şirkətin rəsmi veb səhifəsinə istinadən verdiyi məlumata əsasən bu kampaniya çərçivəsində “Azercell”in fakturasız xətt abunəçiləri hər həftə avtomobil udmaq imkanı əldə edir.
Kampaniya çərçivəsində abunəçilər gecə konturlarının hesabına 50 MMS qazanmaq, həmçinin hər həftə “Toyota Corolla” avtomobilini udmaq imkanını əldə edirlər. Kampaniyada iştirak etmək üçün abonent 9080 qısa nömrəsinə SMS-lə 50 yazıb göndərərək, balansına 50 MMS yükləyir. Abunəçilər bu 50 MMS-i 5 gün ərzində şəbəkədaxili MMS göndərmək üçün istifadə edə bilərlər. 9080 qısa nömrəsinə SMS göndərən abonentlər 50 MMS-lə yanaşı, həmçinin hər həftə oynanılan “Toyota Corolla” avtomobilini qazanmaq şansı əldə edirlər.
Beləliklə, hər həftənin cümə günü “Azercell Telekom” şirkətinin baş ofisində “Toyota Corolla” avtomobili oynanılan tiraj keçiriləcək.
Qeyd edək ki, 9080 qısa nömrəsinə göndərilən hər bir mesajın qiyməti min konturdur. Bu konturlar qısa mesajın nə zaman göndərilməsindən asılı olmayaraq, abonentin Gecə balansından çıxılır. Əgər Gecə balansında kifayət qədər kontur olmazsa, çatışmayan hissə nömrənin əsas balansından tutulur.
Kampaniya dövründə keçiriləcək hər tirajda da həftə ərzində “50” rəqəmini 9080 qısa nömrəsinə göndərən “Azercell” fakturasiz xətt abonentləri iştirak edirlər. Hər tirajda bir ədəd nömrə qalib elan edilir. Tirajlar xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.
Xatırladaq ki, “Azercell Telekom” şirkəti Azərbaycan mobil rabitə bazarında 1996-cı ildən etibarən fəaliyyət göstərir və hazırda 3,5 milyon abunəçisi var.