Fontu böyüt:
Bir çox ölkələrdə artıq küçədə, avtobusda əksər adamın əlində bir ağıllı telefon görə bilərik. Bəs bu insanlar smartfonlardan nə məqsədlə istifadə edirlər?
Nielsenin apardığı geniş və detallı araşdırmasından sonra bu insanların çoxunun bu telefonlar vasitəsilə heç elektron poçtlarından belə istifadə etmədikləri öyrənilib.
10 minlərlə ağıllı telefon sahibinin fakturalarının araşdırılması nəticəsində istifadəçilərinin çoxunun ayda təxminən 1MB-dən daha az məlumat istifadə etdiyi ortaya çıxıb. Hər 3 istifadəçidən biri isə heç bir məlumat tutunu qədər də istifadə etmədiyi məlum olub.
Məlumata görə 20 milyon ağıllı telefon istifadəçisi telefonları ilə internetə belə girmirlər.
Araşdırmanın nəticəsində məlum olub ki, bütün məlumat axının 50%-indən yalnız 6%inin ağıllı telefon sahibləri tərəfindən istifadə edilir
Buna baxmayaraq, 2009-dan 2010-a qədər mobil məlumatdan istifadə edənlərin sayı %230 artıb.
V.ELMAR