İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Google BMT-yə qarşı çıxdı

20.12.2010 [14:06]

Fontu böyüt:      

Google korporasiyası BMT-nin interneti tənzimləyəcək fövqəlmilli orqanın yaradılmasına dair təşəbbüsünü tənqid edib. Müvafiq təklif BMT-də Braziliya nümayəndələri tərəfindən irəli sürülüb. Belə ki, braziliyalılar internetin tənzimlənməsi üzrə müvafiq kriterilərin işlənib hazırlanmasını həyata keçirəcək komissiyanın yaradılması təklifi ilə çıxış ediblər. Təklifdə əsasən ekstremal hallarda Qlobal Şəbəkənin nəzarət olunması nəzərdə tutulur,

Google korporasiyası BMT-nin interneti tənzimləyəcək fövqəlmilli orqanın yaradılmasına dair təşəbbüsünü tənqid edib.

Müvafiq təklif BMT-də Braziliya nümayəndələri tərəfindən irəli sürülüb. Belə ki, braziliyalılar internetin tənzimlənməsi üzrə müvafiq kriterilərin işlənib hazırlanmasını həyata keçirəcək komissiyanın yaradılması təklifi ilə çıxış ediblər. Təklifdə əsasən ekstremal hallarda Qlobal Şəbəkənin nəzarət olunması nəzərdə tutulur, misal üçün qalmaqallı WikiLeaks resursu ilə bağlı yaranmış vəziyyətdə. Təşəbbüs Hindistan, Cənubi Afrika, Çin və Səudiyyə Ərəbistan, eləcə də digər dövlətlər tərəfindən dəstəklənib. Bununla yanaşı Avstraliya, ABŞ, Böyük Britaniya, Belçika və Kanada nümayəndələri öz fəaliyyəti ilə istifadəçi birliyi, internet sənayesi və ümumiyyətlə geniş ictimaiyyətdən təcrid olunacaq daha bir nəzarətedici orqanın yaradılmasının müəyyən təhlükə ilə bağlı olduğunu bildiriblər.

Yalnız BMT-yə üzv-ölkələrin hökumətlərinin nümayəndələrindən ibarət olacaq komissiyanın yaradılması haqqında qərar, Google korporasiyası, Beynəlxalq Ticarət Palatası, The Internet Society (ISOC) qeyri-kommersiya internet-təşkilatı, eləcə də digər şirkətlərin kəskin narazılığına səbəb olub.
TCP/IP protokolunun tərtibatçılarından biri və hazırda Google-un vitse-prezidenti Vint Serf şirkətin bloqunda “Hökumətlər internetin idarə olunması üzrə inhisarçı olmalı deyil” fəsahətli bir adlı müraciət yerləşdirib. Burada V. Serf Google adından hökumətlər tərəfindən internetə nəzarətin inhisarlaşdırılmasına qarşı etiraz haqqında bəyanat imzaladığını bildirib.

“Biz hesab edirik ki, ölkə hökumətlərinə internetin idarə olunmasına monopoliya verməyə ehtiyac yoxdur. Gəlin vəziyyəti olduğu kimi saxlayaq”, - vitse-prezident öz müraciətində vurğulayıb.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar