21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Azərbaycanda “internet media” anlayışı öz əksini tapmayıb”. Bu sözləri APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı deyib.
V.Mahirqızı bildirib ki, müxtəlif formada bir sıra informasiya, məlumatlandırma resursları yaradılıb, lakin qanunvericilikdə internet media, müxtəlif bloqlarla bağlı boşluqlar var: “Bu isə onların fəaliyyətində problemlər yaradır”.
V.Mahirqızı qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən informasiya agentliklərinin ana dili əsasən rus dilidir: “Bu portalların xəbərləri rus dilində hazırlanır və sonradan Azərbaycan, ingilis, fransız, ərəb dillərinə tərcümə olunur. İlk Azərbaycan dilli informasiya resursu www.olaylar.az olub, sonra www.apa.az yaradılıb. Bu saytların ana dili Azərbaycan dilidir və onların oxucularının sayı statistikaya görə heç də az deyil. Bu da o deməkdir ki, gələcəkdə Azərbaycan dilli portalların inkişafı gözlənilir”.
Eyni zamanda V.Mahirqızı informasiya xidmətləri bazarını təhlil edərək, yaxın on ildə Azərbaycanda rus dilli portalların populyarlığını itirməyəcəyi haqda proqnoz verib. O, mövcud problemlərdən bəhs edərkən Azərbaycanda internet media üzrə kadrların hazırlanması, resursların İT-təhlükəsizliyinin təmin edilməsi və müəllif hüquqları sahəsində müvafiq işlərin aparılmasının vacibliyini bildirib: “Bununla yanaşı, internet layihələrin inkişafına maliyyə dəstəyinin və qrantların ayrılmasına da ehtiyac var”.