Azərbaycanın mobil qurğular və smartfonlar bazarına gələn il “Microsoft” şirkətinin yeni smartfonları təqdim ediləcək.
Azərbaycanın mobil qurğular və smartfonlar bazarına gələn il “Microsoft” şirkətinin yeni smartfonları təqdim ediləcək.
Şirkətin Mərkəzi və Şərqi Avropa regionunun inkişaf edən ölkələr üzrə baş meneceri Takuya Hazırda yerli bazarda “Microsoft”un buraxdığı “Windows Phone” qurğuları müəyyən populyarlıq əldə edib.
“Qısa müddət ərzində bu qurğulara olan maraq artıb və hazırda yerli bazarda “Windows Phone” istifadəçilərinin sayı ümumi smartfon bazarının 10%-ni təşkil edir. Gələn ilin əvvəlində biz “Nokia”nın mobil qurğular və əlavələr bölməsi ilə birləşmə prosesini tam başa çatdıracağıq və bundan sonra Azərbaycan bazarına yeni mobil qurğular təqdim edəcəyik”,- deyə o bildirib.
Qeyd edək ki, analitiklərin araşdırmalarının nəticələrinə əsasən 2013-cü ilin iyul-sentyabr aylarında “Windows Phone” mobil əməliyyat sistemi Avropa ölkələrində mövqeyini gücləndirib. “Microsoft”un platforması İtaliyada “iOS” platformasını ötməyə müvəffəq olub. Analitiklərin sözlərinə görə, “Windows Phone” mobil əməliyyat sisteminin uğur qazanması “Nokia” məhsullarının satış həcminin yaxşı olması ilə bağlıdır. Məlumat üçün qeyd edək ki, “Microsoft” bu yaxınlarda “Nokia”nın mobil qurğular bölməsini alıb.