21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Bakıda “İnwent” şirkəti tərəfindən Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin təşəbbüsü ilə “Qafqazda elektron təhsil üçün institusional quruculuq və insan resurslarının inkişafı” layihəsi çərçivəsində seminar keçirilib.
Tədbirdə bir il ərzində keçirilən e-təhsilin tətbiqi üzrə pilot layihənin nəticələrinin təqdimatı keçirilib.
Pilot layihədə Qafqaz Universiteti, Turizm İnstitutu və Xəzər Universiteti elektron təhsil sistemini öz serverlərinə yükləyib. Onlar artıq dərs saatlarının paylanması, cədvəli, avtomatik idarəetmə prosesi və menecment sistemini istifadə edir. Bununla yanaşı, qeyd edilən ali məktəblərdə qiyabi oxuyan tələbələr artıq imtahanları onlayn rejimdə Bakıya gəlmədən verə bilər.
Gələcəkdə e-təhsil prosesinə akademik strukturların və ölkədə fəaliyyət göstərən ali məktəblərin müəllimlərini cəlb etmək planlaşdırılır. Bununla yanaşı, əcnəbi elm adamları ilə əlaqələrin yaradılması və onların Azərbaycana gəlmədən belə internet vasitəsilə distant seminarlar keçirməsi üçün şərait yaradılması planlaşdırılır. Bu halda təhsil xidmətlərinin maya dəyəri azalacaq, çünki xaricdən gələn elmi işçilərin yol və mehmanxana məsrəfləri təxirə salınacaq, onlar öz iş yerlərindən ayrılmayaraq yerli məkanda treninq və seminarlar keçirə biləcəklər.
Seminarda son bir neçə ayda “İnwent” şirkətinin e-təhsil şəbəkəsinə üç ali məktəbin qoşulduğu və onların üçünün də Azərbaycandan olduğu qeyd edilib. Tədbirdə “İnwent” şirkətinin layihə çərçivəsində keçirdiyi təlimləri uğurla bitirən mütəxəssislərə sertifikatlar verilib. Onlar artıq gələn ildən etibarən qeyd edilən üç ali məktəbdə müəllimlər arasında e-təhsil prosesinin aparılması üzrə təlimlər keçəcək, müəllimlər isə öz növbələrində gələcəkdə tələbələr üçün e-təhsil sistemi vasitəsilə imtahanlara hazırlaşmağı və onlarda iştirak etməyi öyrədəcəklər.
Tədbirdə Qafqaz Universitetinin, Xəzər Universitetinin, Turizm İnstitutunun rəhbərliyi, Almaniyanın Azərbaycandakı səfirliyinin, “İnwent” şirkətinin və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.