Fontu böyüt:
Azərbaycanın əsas internet təchizatçısı olan “Delta Telekom” şirkəti dünəndən ölkədə internet tariflərini endirib. Bundan sonra ümumi kanal tutumu 100 mb/s-dən çox olan bütün provayder şirkətləri əlavə aldıqları hər bir 1 mb/s üçün cəmi 50 manat ödəyəcək.
İndiyədək isə tarif bundan 2 dəfə çox - 110 manat idi. Şirkət rəhbərliyinin məlumatına görə, tariflərin endirilməsi Azərbaycanda internetin daha da keyfiyyətli və sürətli olmasına imkan verəcək. Amma son istifadəçilər, yəni sadə vətəndaşlar üçün yaxın günlərdə qiymətlə bağlı yenilik olmayacaq.
Provayder şirkətlərində bildirirlər ki, çünki yeni tariflər internetin sürətini və keyfiyyətini yüksəltməyə imkan verir. Qiymət yalnız bu mərhələni keçdikdən sonra azala bilər.