Fontu böyüt:
Dünyanın ən böyük cib telefonu istehsalçısı olan Nokia, texnologiyanın mərkəzində olmağı bacara bilmədi...
Belə ki, şirkət Yaponiyada varlığını yalnız Verdi markasıyla davam etdirəcək.Bu markanın xaricində Nokia heç bir cib telefonu istehsal etməyəcək.Hadisə ilə əlaqədar olaraq şirkətin sədr müavini Timo Ihamuotila: "Mövcud iqtisadi şərtlər altında artıq Yaponiyada məhsul istehsal etməmə qərarı aldıq" dedi.Hələlik istehsalın Yaponiyada 1 həftəlik dayandırıldığı bildirilir.
Macarıstanın Komarom şəhərindəki Nokia fabrikinin dekabr ayının sonunda istehsala bir həftə ara verəcək olması da vəziyyətin şirkət üçün gərginliyindən xəbər verir.
Qlobal maliyyə böhranın ən çox təsir etdiyi ölkələrin başında gələn bəzi böyük şirkətlər bağlanmış, bəziləri isə istehsallarına ara vermək məcburiyyətində qalmışdı.Qeyd edək ki, bu şirkətlərin arasında Nokianın adı xüsusi vurğulanır.
Məsələ ilə əalədar Nokianın Macarıstandakı ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anna Szimai açıqlama verib. O, dekabrın sonunda istehsalın dayandırılacağı ilə bağlı xəbəri təsdiqləsə də yeni ildən fəaliyyətlərini yenidən bərpa edəcələrini də vurğulayıb.
xeberler.az/Ellada