Fontu böyüt:
Oktyabrın
27-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ
Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib. Məlumat Xeberler.az saytına ADİU-nin mətbuat
xidmətindən verilib.
Universitetin
rektoru, professor Ədalət Muradov bildirib ki, prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramı çərçivəsində
müvafiq ixtisaslar üzrə hazırlıq aparan gənclər
üçün biznes-inkubatorların yaradılmasına xüsusi yer verilib: “ADİU-da
innovasiya yönümlü iqtisadi təhsilin formalaşdırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində yaradılmış İnnovativ Biznes-İnkubator ölkəmizdə bu sahə
üzrə ilk
universitet təşəbbüsü və layihəsidir.
ADİU ilə Gənclər və İdman Nazirliyi arasında imzalanmış müqaviləyə uyğun olaraq belə tədbirlərin keçirilməsi üçün 64722 manat vəsait nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində
təlim kurslarının
keçirilməsi,
startapların inkişafına dair və gənc
biznesmenlər üçün
maarifləndirici
metodiki vəsaitlərin, kitabların hazırlanması, tərcümə edilməsi,
İBİ-nin internet saytının yaradılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”.
Tədbirdə təhsil
naziri Mikayıl Cabbarov, gənclər
və idman naziri
Azad Rəhimov və başqa qonaqlar iştirak edib.
Sonra İBİ startaplarının - “Peşəkar mühasibat” mərkəzi, “LingvOmondo” tərcümə mərkəzi, “Perfect Pictures” videoreklam studiyası, “UniWeb" veb dizayn studiyasının təqdimatı olub.