21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası tərəfindən formalaşdırılmış Apelyasiya Komissiyası Fondun 2009-cu il üçün elan etdiyi KİV-lərə maliyyə yardımı müsabiqəsinin nəticələrindən narazı qalan bəzi KİV və ictimai birliklərin şikayətlərinin araşdırılmasını başa çatdırıb.
Komissiya üzvləri Fonda daxil olmuş 10 şikayət ərizəsini araşdıraraq yekun qiymətləndirmə aparıblar. Qeyd edək ki, şikayətçilər siyahısına “Reytinq”, “Xural”, “Türküstan”, “Yeni Xəbər” qəzetləri, Müstəqil İnformasiya Agentliyi (MİA), “Reportyor” İnformasiya Agentliyi (RİA.az), “Əks səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi, Regional İnsan Hüquqları və Media Mərkəzi, Şəmsi Əsədullayev adına Fond daxildir.
Komissiya üzvləri araşdırmanın obyektiv aparılması üçün şikayətçi tərəfləri də Fonda dəvət edib, layihələr və onlara verilən ekspert rəyləri qarşı tərəfin iştirakı ilə nəzərdən keçirilib. Komissiyanın sentyabrın 7-də keçirilən iclasına qatılmayan şikayətçi tərəflər sentyabrın 8-də keçirilən iclasa qatılıb, məsələlər onların birbaşa iştirakı ilə müzakirə edilib. Yalnız “Reportyor” İnformasiya Agentliyinin təmsilçisi dinləmələrə qatılmayıb, mövqeyini açıqlamayıblar.
Komissiyanın iclasında həm şikayətçilər, həm də Fond təmsilçiləri mövzu ilə bağlı irad və təkliflərini səsləndiriblər.
Məlumat verilib ki, “Yeni Xəbər” qəzetinin dövriliyində problem olduğu (fəaliyyətində müəyyən dövrdə fasilə olub), Müstəqil İnformasiya Agentliyinin (MİA) və Regional İnsan Hüquqları və Media Mərkəzinin təsis olunma tarixiləri şərtlərə uyğun gəlmədiyi üçün (fəaliyyətə başlamalarının bir ili tamam olmayıb) layihələri ümumiyyətlə müsabiqəyə buraxılmayıb. Şəmsi Əsədullayev adına Fondun, “Reytinq”, “Xural”, “Türküstan” qəzetlərinin, “Reportyor” İnformasiya Agentliyinin, “Əks səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzinin layihələri isə eyni istiqamətlər üzrə başqa layihələrdən az bal topladığı üçün qalib elan olunmayıb.
Komissiya ekspertlərin bu layihələr barədə rəylərini qüvvədə saxlayıb. Deyilən faktları və başqa iradları təsdiqləmək üçün bütün lazımi sənədlər şikayətçilərə təqdim edilib. Eyni zamanda, şikayətçilərin dilindən səslənən bəzi iradlar, faktlar, layihələrin qalib elan edilib-edilməməsi ilə birbaşa bağlı olmasa da, araşdırılmaq üçün qəbul edilib.