Fontu böyüt:
Financial Times-ın yazdığına görə, Microsoftun yeni Internet Explorer 8 brauzerinin şəxsi informasiyaların qorunması funksiyasını açması, onun Google kimi şirkətlərin reklam modelində əks olunmasına səbəb ola bilər.
Internet Explorer 8 istifadəçilərə onların maraqlarını üzə çıxarmadan saytları izləmək imkanı verir. Hazırda saytlar reklamda yerləşdirilmək üçün istifadə olunur.
Qeyd edək ki, DoubleClick şirkətinin bu ticarətə başlamasından sonra Google şirkəti də ona qoşulub.
Google öz serverlərindən aldığı informasiyaların kəmiyyətinə görə tənqidlərə məruz qalıb. Informasiya texnologiyaları analitiki Devid Mitçell deyib ki, Microsoftun digər məhsullarında da analoji funksiyaların olmasına baxmayaraq, istifadəçilər şəxsi məlumatlarının qorunması üçün daha etibarlı brauzerlərə üz tuturlar. Bu da internet-reklam üçün potensial təhlükədir.
Google-a yaxın olan mənbə bəyan edib ki, əgər Microsoft istifadəçilərin sayını artırsa, bu, Google-un reklam ticarətinin genişlənməsi üçün risk yaradacaq.
Hazırda Google gəlirinin 90 faizini axtarış sisteminin reklamından qazanır. Lakin indi şirkət daha böyük gəlir gətirən, istifadəçiləri özünə cəlb edən reklam etməyə hazırlaşır.