21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu yaxınlarda Rabitə və İnformasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Əhalinin sayına görə MDB məkanında internetin maksimal sürəti Azərbaycandadır. Hazırda Azərbaycanda internetin sürəti yüksək səviyyədədir. Belə ki, ölkədə internetin hazırkı ümumi sürəti 10 Qbit təşkil edir.”
Biz də Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüzdən bu fikirlərə münasibət bildirməyi xahiş etdik.
“Güman ki, söhbət ölkəyə daxil olan və ya ölkədə istifadə olunan trafikin həcmindən gedir. Amma düşünmürəm ki, İltimas müəllimin dediyi həqiqətə uyğun olsun. İzah edim. Statistika Komitəsinin məlumatına görə Azərbaycanda 27%, RİTN-in dediyinə görə isə 44% internet istifadəçisi var.
Götürək 27%-i, bu təxmimən 2 milyon nəfər edir. Onlardan da maksimum 5%-i, yəni 100 min nəfəri genişzolaqlıdır. Qəbul olunmuş beynəlxalq normalara görə isə, yalnız genişzolaqlı internet istifadəçilərin normal istifadəçi üçün 25 Gb trafik lazımdır. Yerdə qalan 95% dial-up istifadəçisi üçün də adi hesablama aparsaq görərik ki, orta səviyyədə işləmək üçün isə təxminən 15-20 Gb trafik gərəkdir.
Beləliklə, ən kobud formada hesablama apararaq görürük ki, ölkənin bütün internet istifadəçilərinin normal işləməsi üçün ən azı 40Gb trafik gərəkdir. Məlumat üçün sizə bildirim ki, hazırda ölkə üzrə real olaraq istifadə olunan internet trafikin həcmi 8 Gb-dir. Vəssalam. İndi müqayisə edin görək ölkədə vəziyyət necədir.
Bayaq da qeyd etdim ki, normal işləmək üçün 40 Gb zəruridir, bizdə isə cəmi 8 Gb-dən istifadə olunur. Bu rəqəmlər bir yandan da Azərbaycan İnternetinin indiki halda nə qədər keyfiyyətsiz olmasının göstəricisidir. Həm də fikrimcə bu rəqəmlər Azərbaycanın nə indiki inkişaf etməkdə olan vəziyyətinə, nə də ümumiyyətlə real imkanlarına uyğun olmayan rəqəmlərdir”.