İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Yeni Medianın tədris Proqramları və “Onlayn Media Təhsili” layihələrinin təqdimatı keçirilib

15.11.2012 [14:37]

Fontu böyüt:      

Bu gün Hilton Otelində İREX və Multimedia Mərkəzi tərəfindən Yeni Medianın Proqramları və Onlayn media kurslarının Təqdimatı mərasimi keçirilib. Təqdimat mərasimində
Bu gün Hilton Otelində İREX və Multimedia Mərkəzi tərəfindən Yeni Medianın Proqramları və Onlayn media kurslarının Təqdimatı mərasimi keçirilib.
Təqdimat mərasimində İREX Azərbaycanın rəhbəri Angela Nicoara, Təhsil nazirinin müavini Qulu Novruzov və Multimedia Mərkəzinin rəhbəri, AİF –in prezidenti Osman Gündüz açılış nitqi işə çıxış ediblər. Təhsil Nazirinin müavini adı çəkilən sahənin inkişafının əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, ölkədə peşəkar kadrların hazırlanmasında, Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında təqdim olunan resursların əhəmiyyətli rol oynayacağını qeyd edib.  
İREX Azərbaycanın əməkdaşı Ülviyyə Əsədzadə USAİD’in maliyyə dəstəyi hazırlanan “Onlayn jurnalistika təlimi platforması”, Osman Gündüz “Yeni Medianın tədris proqramları” mövzularında təqdimatlar ediblər.
Yeni Medianın tədris Proqramlarını  “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Multimedia Mərkəzi hazırlayıb. Layihə ABŞ - Azərbaycan Medianın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.
Multimedia Mərkəzi bildirir ki, yeni medianın tədris Proqramları hazırlanarkən  beynəlxalq təcrübə öyrənilib, ölkədə mövcud olan media bazarında kadrlarla bağlı tələb-təklif münasibətləri araşdırılıb, hazırlanan modulların layihələrinin elmi və ictimai müzakirələri keçirilib.
Proqramlar BDU və Azərbaycan Universitetlərinin elmi şuralarında müzakirə edilərək bəyənilib, sahə üzrə ekspertlər və peşəkarlar tərəfindən müsbət rəylər verilib. Yeni medianın tədris Proqramları Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.
Yeni Medianın tədris proqramları artıq kitabça formasında çap edilib. Kitabçaya Universitetlərdə tədrisi nəzərdə tutulan Yeni mediaya giriş, Onlayn Jurnalistika, Multimedia Jurnalistika və Sosial Media fənnilərinin proqramları daxil edilib.
Yeni medianın tədris modulları Təqdimat iştirakçılarına paylanıb.
Təqdimat mərasimində həmçinin adı çəkilən Layihə çərçivəsində BDU-da yaradılan İnternet Studiya haqqında və 7 Universitetə təqdim  olunan Onlayn Laboratoriyalar haqqında məlumatlar  verilib.
Mövzular ətrafında müzakirələr keçirilib. Müzakirələrdə  Azərbaycan Universitetinin müəllimləri Lalə Dilanova və Seymur Kazımov, CASFEN qurumunun rəhbəri Azər Həsrət, layihə rəhbəri Ramil İsgəndərli, professor Qulu Məhərrəmli, Avrasiya Universitetinin dosenti Mətləb Mütəllimov, Yeni media mütəxəssisləri Azər Nəzərov və İlqar Mirzə, BDU-unun müəllimi Könül Niftəliyeva və kafedra müdiri Aynur Kərimova  çıxış ediblər.
Çıxışlarda  ölkədə Yeni media infrastrukturunun inkişafı, yeni media sahəsində peşəkarlığın artırılması sahəsində təqdim olunan resursların əhəmiyyəti qeyd olunub. Bu sahənin daim inkişaf edən sahə olması səbəbindən Ali təhsil müəssisələrində yeni media texnologiyalarının tədrisinin çevik və effektiv formada qurulmasının vacibliyi bildirilib. Yeni medianı tədris edən  kadrların peşəkarlığının artırılmasının xüsusi əhəmiyyət kəsb etməsi bildirilib.
Gələcəkdə bu sahənin sistemli formada dəstəklənməsinin zəruriliyi diqqətə çatdırılıb.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar