21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“İRƏLİ” İctimai Birliyinin “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində Zaqatala və Balakəndə keçirdiyi təlimlər başa çatıb. Zaqatalada keçirilmiş təlimlərin bağlanış mərasimi iyulun 4-də Zərifə Əliyeva adına liseyin akt zalında keçirilib. Tədbirdə Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini Zümrüd Atakişiyeva, rayon təhsil şöbəsinin müdiri Tahir Məmmədov və “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Hikmət Hüseynov iştirak edib.
Balakəndə keçirilmiş təlimlər isə iyulun 4-də Balakən rayonu Nəsimi adına 2 saylı məktəbin akt zalında keçirilən tədbirlə başa çatıb. Mərasimdə Balakən rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Pacalov və “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin koordinatoru Musa Qurbanov iştirak edib. Zaqatalada təlimlərdə iştirak etmiş 75 nəfərdən 69-u, Balakəndə isə 134 nəfərdən 101-i layihə çərçivəsində keçirilmiş təlimlərin sertifikatını alıb.
Qeyd edək ki, “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi ilk olaraq Gəncə şəhəri və ətraf rayonlarda, o cümlədən Qazax, Ağstafa, Şəmkir və Tovuzda gerçəkləşdirilib. Gəncədə kursu keçmiş 270 nəfərdən 188 nəfəri, Qazax rayonu üzrə 135 nəfərdən 106 nəfəri, Ağstafada 134 nəfərdən 86 nəfəri, Şəmkirdə 130 nəfərdən 102 nəfəri, Tovuzda isə 135 nəfərdən 88 nəfəri layihə çərçivəsində keçirilmiş təlimlərin sertifikatını ala bilib.