Fontu böyüt:
Dünyanın nəhəng proqram təminatı şirkəti olan “Microsoft” Çində yerli tərəfdaşı ilə birgə müəssisə yaratmaq niyyətindədir.
Xeberler.az-ın “Reuters”ə istinadən xəbərinə görə, şirkətin məqsədi Çin bazarında nəhəng oyunçulardan birinə çevrilmək və internet-axtarış sahəsində öz imkanlarını genişləndirməkdir.
“Microsoft”un Çin bazarından məsul top-meneceri Saymon Lyunq bildirib ki, 2006-cı ildən bəri 40 mln. dollar investisiya qoyduqları Çin şirkətlərinə daha 100 mln. dollar sərmayə yatırmaq fikrindədirlər.
Hazırda “Microsoft” Çində ötən il fəaliyyətə başlayan “Bing” axtarış sisteminə malikdir. Onun Çindəki operatoru “Microsoft” və “Shanghai Alliance Investment” tərəfindən yaradılan “Shanghai MSN Network Communications Technology” birgə müəssisəsidir. Amma “Bing”in Çin bazarındakı payı elə də böyük deyil.